Şok iddia: Kərəm Mustafayev Qariki Moskvaya niyə qaçırdıb?

GÜNDƏM bölməsi

15:06 - 5 Yanvar 2023

 Şok iddia: Kərəm Mustafayev Qariki Moskvaya niyə qaçırdıb?

Qarik Kasımov adı bir çox hərbçilərə tanış olmalıdır. Tanış olmayanlar üçün qısaca bildirim ki, Qarik Kasımov Kərəm Mustafayevlə Hərbi məktəbdə eyni kursda oxuyublar.

Yenipress.az xəbər verir ki, bu barədə ehtiyatda olan zabit Qəhrəman Abdullayev sosial şəbəkə hesabında paylaşım edib.

O iddia edib ki, 90-cı illərdə (konkret hansı ildə olduğu dəqiqləşdirilir) zabit kimi xidmət etdiyi bölmədə Qarik öz əsgərini güllələyib:

“Qarik Kasımova cinayət işi açılsa da, Kərəm Mustafayev keçmiş kursant yoldaşına yardım əlini uzadır və onu Naxçıvana, öz tabeliyinə, tabor komandiri vəzifəsinə gətirir. Qarik Kasımov bir müddət tabor komandiri kimi xidmət edir, sonra Kərəm Mustafayevin müavini vəzifəsini icra edir. Qarikin törətdiyi cinayətə görə açılan işin yenidən aktuallaşdığını görən Kərəm Mustafayev Qarikə Moskvaya qaçmaqda köməklik edir.

Hazırda isə Rusiyada, Kərəm Mustafayevə məxsus tikinti şirkətini və digər biznesini Qarik Kasımovun idarə etdiyi bildirilir”.

Yenipress.az

Xəbər xətti