Xameneidən kitab satıcısına Azərbaycan dili ilə bağlı irad - Video

TOPLUM bölməsi

12:02 - 2 May 2024

 Xameneidən kitab satıcısına Azərbaycan dili ilə bağlı irad - Video

İranın ali lideri Əli Xamenei Təbrizdə yerli kitab satıcısına Azərbaycan dilindən düzgün istifadə edilməməsinə görə irad tutub.

Yenipress.az xəbər verir ki, hadisə Təbrizdə baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən Xameneinin bir kitaba baxış keçirdiyini görmək mümkündür. Bu zaman “mən” sözünün “men” yazıldığını görən İranın ali lideri deyib: “Burada “mən” olmalıdır. Bütün Təbriz “mən deyir”, burada isə “men” yazılıb”.

Kitab satıcısı isə vəziyyəti fars dilinin fonetikasının xüsusiyyətləri ilə izah etməyə çalışsa da, daha sonradan Xamenei ilə razılaşıb.

Xəbər xətti