Bir neçə gün öncə vəzifəsindən azad edilən qadın faciəvi şəkildə öldü

GÜNDƏM bölməsi

14:14 - 6 May 2024

 Bir neçə gün öncə vəzifəsindən azad edilən qadın faciəvi şəkildə öldü

Ötən gecə paytaxtın Nizami rayonunda yerləşən şadlıq saraylarının birinin qarşısında avtomobil iki qadını vurub, nəticədə onlardan biri dünyasını dəyişib.

Yenipress.az Qafqazinfo-ya istinadla xəbər verir ki, qəzada vəfat edən 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva təhsil sahəsində tanınmış şəxs imiş. Uzun illər pedaqoji fəaliyyət göstərmiş G.Əfəndiyeva 2012-2024-cü illərdə Bakı Modern Təhsil Kompleksinin direktoru vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl vəzifədən azad edilibmiş.

Qəzada ağır xəsarət alan Kəmalə Bağırovanın da həmin təhsil kompleksində çalışdığı bildirilir.

Xəbər xətti


Digər xəbərlər