Paşinyan: Ermənistan tarixində ilk dəfə olaraq...

DÜNYA bölməsi

13:20 - 7 May 2024

 Paşinyan: Ermənistan tarixində ilk dəfə olaraq...

Ermənistan tarixində ilk dəfə olaraq biz öz suveren qərarlarımızla, öz əlimizlə təhlükəsizlik təminatları yaradırıq.

Yenipress.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Suverenlik o zaman yaranır ki, siz problemlərinizlə üzləşə və suveren həll yolları tapa biləsiniz. Ermənistanın təhlükəsizliyini yalnız sülh təmin edə bilər. “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) gündəliyini Ermənistanın təhlükəsizliyini təmin etmək vasitəsi kimi qəbul etmişik və onu İrəvanın təhlükəsizliyinə təminat sistemi kimi həyata keçiririk. Bu gün Ermənistanda baş verənlər təhlükəsizlik təminatlarının yaradılması prosesidir. Tavuş (Tovuzqala - red.) bölgəsində quraşdırılan sərhəd dirəkləri Ermənistan Respublikasının təhlükəsizlik təminatlarının sütunlarıdır. Biz təminat sütunlarını gücləndirmək və artırmaq üçün əlimizdən gələni edəcəyik”, - o bildirib.

Xəbər xətti


Digər xəbərlər