Türkiyədə İŞİD-lə əlaqəsi olan 23 şübhəli saxlanıldı

DÜNYA bölməsi

11:39 - 25 Aprel 2024

 Türkiyədə İŞİD-lə əlaqəsi olan 23 şübhəli saxlanıldı

Türkiyə xüsusi xidmət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.

Yenipress.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerliqaya məlumat verib.

“Ölkənin yeddi vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb”, - o bildirib.

Onun sözlərinə görə, həbslərin əksəriyyəti (10-u) Suriya ilə həmsərhəd olan Hatay vilayətində həyata keçirilib.

Xəbər xətti