Konqresmen SOCAR-dan rüşvət alıb? - Qalmaqal

DÜNYA bölməsi

12:54 - 4 May 2024

 Konqresmen SOCAR-dan rüşvət alıb? - Qalmaqal

ABŞ konqresmeni Enrike Roberto Kuelyar və onun həyat yoldaşı İmelda Azərbaycanın neft-qaz şirkətindən və Meksika banklarından birindən rüşvət almaqda ittiham olunub.

Yenipress.az xəbər verir ki, məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb.

Onların hər ikisinin iştirak etdiyi ilk məhkəmə iclası dünən keçirilib.

İş materiallarına görə, ən azı 2014-cü ilin dekabrdan 2021-ci ilə qədər noyabrına qədər konqresmen və onun həyat yoldaşı Azərbaycan hökumətinin tam nəzarətində olan Azərbaycan dövlət neft-qaz şirkəti SOCAR-dan, həmçinin Mexiko şəhərində yerləşən banklardan birindən 600 min dollara yaxın rüşvət alıblar. Pulların yuyulması məqsədilə rüşvətlər konsaltinq xidmətlərinin göstərilməsi üçün müqavilələr kimi formalaşdırılıb və İmelda Kuelyar adı ilə açılmış saxta şirkətlərə ötürülüb.

Aldığı rüşvət müqabilində Kuelyar Azərbaycan siyasətinin xeyrinə, eləcə də bu Meksika bankının xeyrinə lobbiçilik etməyə razılaşıb.

İttiham təsdiqini taparsa, Kuelyar cütlüyü uzun illər həbs cəzası ala bilər.

Xəbər xətti