Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

TOPLUM bölməsi

11:36 - 26 Aprel 2024

 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub.

Yenipress.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib.

Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti