Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı...

GÜNDƏM bölməsi

12:18 - 2 May 2024

 Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı...

Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni törəmə şirkəti “Turkish Aerospace Azerbaijan”ın yaradıldığını açıqlayıb.

Yenipress.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.

Qeyd edilib ki, məqsəd Azərbaycan daxilində, xüsusən beşinci nəsil qırıcı KAAN-ın modernləşdirilməsi proqramı üzrə işgüzar əməkdaşlığı dərinləşdirməkdir.

KAAN milli döyüş təyyarələri layihəsində əməkdaşlıq sayəsində Azərbaycan Türkiyə ilə təkcə Silahlı Qüvvələr baxımından deyil, bütün müdafiə-sənaye kompleksi baxımından daha sıx işgüzar əlaqələrə yeni addım atacaq.

Xəbər xətti