Böyük Britaniya Çinin haker hücumuna məruz qalıb

DÜNYA bölməsi

14:44 - 7 May 2024

 Böyük Britaniya Çinin haker hücumuna məruz qalıb

Böyük Britaniyanın Müdafiə Nazirliyi Çin tərəfindən haker hücumuna məruz qalıb.

Yenipress.az xəbər verir ki, bu barədə BBC və “Skay Nyus” məlumat yayıb.

“Kiberhücum cari hərbi qulluqçular və bəzi veteranlar üçün əmək haqqı sistemlərini hədəfə alıb. Əsasən adlar və bank rekvizitləri açıqlanıb. Nazirliyin xarici podratçısı tərəfindən idarə olunan “sındırılmış” sistem Böyük Britaniya ordusunun, donanmasının və hava qüvvələrinin hazırkı və keçmiş üzvlərinin şəxsi məlumatlarını daxili gəlirlərə təqdim edilmiş sənədlər şəklində saxlayıb. Söhbət kənar podratçının kompüterlərinin “sındırılmasından” getdiyindən, hakerlər Müdafiə Nazirliyinin əməliyyat məlumatlarına çıxış əldə edə bilməyib. Hökumət haker hücumunu həyata keçirən ölkənin adını çəkmir, lakin bəzi məlumatlara görə, bunu Çin edib”, - məlumatda deyilir.

Xəbər xətti