Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?

GÜNDƏM bölməsi

10:39 - 2 May 2024

 Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?

Bu gün səhər saatlarında Ermənistan polisi Tavuşun Kirants kəndinə yeridilib. Məqsəd Azərbaycanla sərhədin Qazax-Tavuş istiqamətində demarkasiya prosesini bloklayan etirazçıların dağıdılmasıdır.

Yenipress.az Publika.az-a istinadla xəbər verir ki, Kirants kəndinə gedən yolları bağlayan erməni polisi jurnalsitlərin də bölgəyə girişini qadağan edib.

“Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan bildirib ki, çoxsaylı polis qüvvələri kəndə daxil olub. Polis sərhədin minalardan təmizləmə əməliyyatına mane olan şəxsləri saxlayır. Saxlanılanların İcevan polis şöbəsinə aparıldığı deyilir. Son məlumatan görə, saxlanılanların sayı 31-ə çatıb. Ermənistan polisi sərhədin minalardan təmizlənməsi və demarkasiya prosesinin başa çatmasına qədər ərazini nəzarətdə saxlayacaq.

Məlumata görə, kənddə mindən çox polis və xüsusi təyinatlılar var. İddia olunur ki, onlar kənddəki bütün kişiləri döyərək, həbs edib.

Xəbər xətti