İohannis: “Patriot”ların Ukraynaya verilməsini nəzərdən keçirməyə hazırıq

DÜNYA bölməsi

15:54 - 8 May 2024

 İohannis: “Patriot”ların Ukraynaya verilməsini nəzərdən keçirməyə hazırıq

Ukraynaya “Patriot” raketdən müdafiə sistemlərinin verilməsi imkanlarını müzakirə etməyə hazırıq.

Yenipress.az xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus İohannis deyib.

O qeyd edib ki, son bir neçə həftə ərzində Ukraynaya “Patriot” sistemlərini kimin göndərə biləcəyi ilə bağlı müzakirələr gedir:

“Prezident Bayden görüşümüzdə bunu qeyd etdi və müzakirəyə açıq olduğumu bildirdim. Bunu Ali Müdafiə Şurasında müzakirə etməliyəm ki, nə təklif edəcəyimizi və bunun müqabilində nə əldə edəcəyimizi bilək, çünki Rumıniyanı hava hücumundan müdafiəsiz qoymaq qəbuledilməzdir”.

Xəbər xətti