Yalnız bir döyüş var, bunun üçün döyüşməliyik – BMT

DÜNYA bölməsi

17:00 - 26 Aprel 2024

 Yalnız bir döyüş var, bunun üçün döyüşməliyik – BMT

Biz dünyanın dağılmasının qarşısını almağa çalışmalı olduğumuz bir anda yaşayırıq.

Yenipress.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos deyib.

O, dünyanın daimi münaqişələrlə Üçüncü Dünya müharibəsi kimi bir şey yaşadığı fikrini bildirib.

 

"Biz sülh haqqında nitqləri tərk etdik və onları təhlükəsizliklə bağlı çıxışlarla əvəz etdik. Biz bir növ üçüncü dünya müharibəsindəyik. BMT-nin güclü demokratikləşməsi lazımdır”, - o bildirib.

Moratinos hesab edir ki, döyüşməyə dəyər yeganə döyüş “sülh uğrunda döyüş”dür:

"Biz hamımız deyirik və mən də razıyam ki, biz planeti xilas etməliyik, lakin mən həm də iddia edirəm ki, biz bəşəriyyəti xilas etməliyik".

Xəbər xətti