3 ölkə İrana görə 12 quruma sanksiya tətbiq etdi

DÜNYA bölməsi

13:04 - 26 Aprel 2024

 3 ölkə İrana görə 12 quruma sanksiya tətbiq etdi

İranın İsrailə PUA və raket hücumundan sonra Britaniya, ABŞ və Kanada Tehranın hərbi pilotsuz təyyarə sənayesinə qarşı yeni sanksiyalar tətbiq edib.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, ABŞ Böyük Britaniya və Kanada ilə koordinasiyalı şəkildə həyata keçirilən bu sanksiyanın 12-dən çox qurumu, fiziki şəxsi və gəmini hədəf aldığını bildirib. Onlar PUA-ların İran Müdafiə Nazirliyinə gizli satışının asanlaşdırılmasında və maliyyələşdirilməsində ciddi rol oynamaqda ittiham olunub.

Xəbər xətti