Bu raketlərin Kiyevə ötürülməsi ABŞ üçün pis nəticələnə bilər - Senator

DÜNYA bölməsi

16:39 - 25 Aprel 2024

 Bu raketlərin Kiyevə ötürülməsi ABŞ üçün pis nəticələnə bilər - Senator

ATACMS taktiki ballistik raketlərinin Ukraynaya verilməsi ABŞ-ın özü üçün mənfi nəticələrə səbəb ola bilər.

Yenipress.az xəbər verir ki, bunu respublikaçı senator Mayk Li ATACMS raketlərinin ötürülməsi ilə bağlı mediada yayılan xəbərləri şərh edərkən bildirib.

“Ukraynaya eskalasiyaya səbəb ola biləcək silahların göndərilməsi bizim üçün çox pis nəticələnə bilər”, - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan  ötən gün keçirdiyi brifinqdə bildirib ki, Kiyev Ukrayna ərazisindən kənarda ATACMS taktiki ballistik raketlərdən istifadə etməyəcəyi ilə bağlı Vaşinqtona verdiyi vədi yerinə yetirəcək.

Xəbər xətti