Çin Avropada ən böyük silahlı münaqişəni qızışdırır - Stoltenberq

DÜNYA bölməsi

12:57 - 26 Aprel 2024

 Çin Avropada ən böyük silahlı münaqişəni qızışdırır - Stoltenberq

Siz eyni anda həm Qərbə, həm də Rusiyaya sahib ola bilməzsiniz.

Yenipress.az xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.

“Əgər Çin Qərblə yaxşı münasibət qurmaq istəyirsə, Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi dayandırmalıdır”, - o vurğulayıb.

Baş katib bildirib ki, Pekinin köməyi Moskvanın müharibə səyləri üçün həyati əhəmiyyət kəsb edir:

“Keçən il Rusiya mikroelektronikasının 90 faizini Çindən idxal edib və onlardan raket, tank və təyyarə istehsalında istifadə edib. Həmçinin o, Rusiyanı daha yaxşı peyk və təsvir imkanları ilə təmin etməyə çalışır. Çin Qərblə yaxşı münasibətlər istədiyini söyləsə də, hələ də İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük silahlı münaqişəni qızışdırır”.

Xəbər xətti