Kemeronun Rusiyaya zərbələr təklifi... - Makqreqor

DÜNYA bölməsi

10:33 - 7 May 2024

 Kemeronun Rusiyaya zərbələr təklifi... - Makqreqor

Qərbin Ukrayna Silahlı Qüvvələrinə yardımını davam etdirməsi Avropa ilə Rusiya arasında müharibəyə səbəb ola bilər.

Yenipress.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor X sosial şəbəkəsində yazıb.

“Nəzərə alsaq ki, Ukrayna qüvvələri məğlub olur və öldürülür, növbəti hərbi dəstəyi dayandırıb, Kiyevə atəşkəs istəməyi tövsiyə etmək müdrik olardı”, - o bildirib.

Britaniyanın xarici işlər naziri Devid Kemeronun Rusiya ərazisinə zərbələr endirmək üçün Britaniya silahlarından istifadə oluna biləcəyi ilə bağlı açıqlamasına Makqreqor belə cavab verib:

“Moskva öz ərazisinə hücumlara dözməyəcək. Nəticədə hər şey Avropa və Rusiya arasında ABŞ silahlı qüvvələrinin hazır olmadığı müharibə ilə nəticələnə bilər”.

Xəbər xətti


Digər xəbərlər