Naxçıvana baş nazir təyin edilən 37 yaşlı "şəhər uşağı"... - Baş çıxara biləcəkmi?

GÜNDƏM bölməsi

14:00 - 25 Aprel 2024

 Naxçıvana baş nazir təyin edilən 37 yaşlı

Tələbə Baş Nazir də gördük – Naxçıvan MR-nın Ali Məclisin qərarı ilə Ceyhun Cəlilov NMR-nın yeni Baş naziri təyin olunub. Ceyhun müəllim hələ də oxuyur -  İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA- Chartered Institute of Management Accountants) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir.

Təqdiralayil addımdır, oxumağı deyirəm, amma Naxçıvan özəl yerdir, orada 37 yaşlı, ingilis/rus dilli “şəhər uşağının” baş çıxartması müşkül işdi. Qarabağ məsələsinin tam həllindən sonra NMR-ın statusunun qalmasına ehtiyac yoxdur, unitar ölkə məntiqi ilə bu status ləğv edilməlidir, Naxçıvan iqtisadi rayonu (Yeni yaranmış 14 iqtisadi rayonun biri də Naxçıvandır) inzibati-ərazi vahidinə çevrilməli, ora Prezidentin şəxsi nümayəndəsi Dövlət işlərinə nəzarət üçün təyin edilməli, gündəlik idarəetmə müxanizmləri isə Naxçıvan ərazisindəki şəhər-rayonların seçilmiş Bələdiyyə Başqanalrına həvalə edilməlidir. Yəni, yenə gəlirik Konstitusiya dəyişkliklərinə - məncə, Ana Yasa islahatları artıq zərurətə çevrilib, çünki, məsuliyyət və səlahiyyət “xəttləri” tam bir-birinə qarışıb.

Məsələn, Prezidentin Naxçıvan MR-ı üzrə şəxsi nümayəndəsi var, NAR-ın Ali Məclisinin sədri və Baş Naziri də var, yaxşı, indi kim-kimə tabedir, kimin məsuliyyəti hara qədərdir, kimin səlahiyyəti harada başlayıb harada bitir – bu sulların cavabı aydın deyil. Bu isə ölkə üzrə bütün regionların idarəetmə sistemində boşluqların olmasını göstərir – bir daha deyim, bu gün ölkənin sosial-iqtisadi problemlərinin həlli yolu ancaq sistem və iradəetmə islahatlarından keçir, başqa yol yoxdur. Bu addımsız problemlər həll olunmayacaq. Bunun üçün isə Konstitusiya islahatları vacibdir...

Ekspert Natiq Cəfərli

Xəbər xətti