İsrail Livandakı Hizbullah hədəflərinə zərbələr endirdi

DÜNYA bölməsi

11:00 - 25 Aprel 2024

 İsrail Livandakı Hizbullah hədəflərinə zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinin məxsus qırıcılar Livanda Hizbullahın bir neçə hədəfinə zərbələr endirib.

Yenipress.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

“Dünən İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Marun ər-Rasa bölgəsindəki Hizbullah terror infrastrukturuna, eləcə də Markaba bölgəsindəki Hizbullahın müşahidə məntəqəsinə zərbələr endirib”, - məlumatda bildirilib.

Bu gün səhər saatlarında isə Alma əş-Şaab kəndi yaxınlığında Hizbullahın digər bir hərbi obyektinə hücum edilib.

İsrail ordusunun artilleriyası gün ərzində təhlükələri dərhal aradan qaldırmaq məqsədilə Livanın cənubundakı hədəflərə də zərbələr endirib.

Xəbər xətti