“Atabay” filmi Urmiyada rəğbətlə qarşılandı

MAQAZİN bölməsi

16:04 - 25 Aprel 2024

 “Atabay” filmi Urmiyada rəğbətlə qarşılandı

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin Texnologiya Universitetində türk dilində çəkilən “Atabəy” filmi nümayiş etdirilib.

Yenipress.az xəbər verir ki, bu barədə urmiyalı tələbələr məlumat yayıb.

Bildirilib ki, filmin nümayişi tələbələrlə yanaşı, urmiyalıların da geniş rəğbətinə səbəb olub.

Çox sayda urmiyalının filmə baxmaq üçün universitetə gəldiyi, yerlərin məhdud sayda olduğu üçün onların zala buraxılmadığı bildirilib.

Niki Kəriminin rejissorluğu və Hadi Hicazifərin ssenari müəllifi olduğu film 2021-ci ildə Təbriz, Zəncan, Urmiya və Ərdəbil şəhərlərində ekrana çıxarılıb.

“Atabəy” nümayiş etdirildiyi vaxtlar İran üzrə biletlərinin ən çox satıldığı film kimi rekordu yeniləyib.

“Aylıq Film” dərgisi “Atabəy” filmini 38-ci Fəcr Film Festivalının 10 seçilmiş filmi siyahısında dərc edib.

Buna baxmayaraq, Fəcr Film Festivalının münsiflər heyəti ayrı-seçkiliyə yol verərək, “Atabəy” filminin festivalda nümayişinə icazə verməyiblər.

Xəbər xətti