Nüfuzlu sünni din xadimi həbs edildi

DÜNYA bölməsi

17:34 - 2 May 2024

 Nüfuzlu sünni din xadimi həbs edildi

İranda sünni məzhəbli vətəndaşlara təzyiqlər çərçivəsində tanınmış din xadimi Hüseyn Əlimuradi həbs edilib.

Yenipress.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.

O, “milli təhlükəsizlik əleyhinə fəaliyyət və hakimiyyətə qarşı təbliğat”da günahlandırılaraq, 16 ay həbs cəzasına məhkum edilib.

Onun barəsində həbs qərarı Həmədan şəhərinin Din Xadimlərinin Xüsusi Məhkəməsi tərəfindən verilib.

Xəbər xətti