Müharibə genişlənə, itki arta bilər – Əli Fuad Gökçə

SİYASƏT bölməsi

21:05 - 7 May 2024

 Müharibə genişlənə, itki arta bilər – Əli Fuad Gökçə

HƏMAS dünən atəşkəsi qəbul etdiyini bildirdi. İsrail isə irəli sürülən şərtlərin Misir tərəfindən yumşaldılaraq HƏMAS-a çatdırıldığı, bunu qəbul etmədikləri və Rəfah əməliyyatının başladığı haqqında rəsmi açıqlama verdi. Təl-Əvivin müharibə kabineti də əsirlərin hamısının eyni anda azad edilməsi, eyni zamanda hərbi məqsədlərə çatmaq üçün əməliyyatın davamı haqqında qərarını açıqladı.

Bu sözləri Yenipress.az-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.

“İsrailin əsirlərin hamısını azad etmək və bölgəni tamamilə ələ keçirmək məqsədi var. HƏMAS isə İsrailin hücumlarının davam edib-etməyəcəyini müəyyənləşdirmədiyi üçün əsirlərin mərhələli şəkildə qaytarılmasına razı oldu. Müharibənin genişlənməsi və daha çox insan tələfatına səbəb olmaq təhlükəsi var. Ancaq hazırda ortada İsrailin hərəkatını dayandıracaq güc yoxdur. Müharibəni dayandıra biləcək böyük dövlətlərin danışdıqları isə gözə kül üfürməkdən başqa bir şey deyil. İnsanlar ölür, onlar isə ancaq gözləyirlər, sözdən fəaliyyətə keçmək istəmirlər”, - ekspert qeyd edib.

Xəbər xətti