ABŞ: İran Qəzzadakı münaqişənin əsas səbəbkarıdır

DÜNYA bölməsi

20:36 - 7 May 2024

 ABŞ: İran Qəzzadakı münaqişənin əsas səbəbkarıdır

İran Qəzzadakı münaqişələrin ən böyük amilidir və bölgədəki sabitliyin pozulmasında əhəmiyyətli dərəcədə rol oynayır.

Yenipress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, İran hökumətinin Qəzza müharibəsinin bitməsi və oradakı problemlərin həlli ilə bağlı heç bir rol oynamadığını söyləyib:

“İran hökumət rəsmiləri HƏMAS-ı, Hizbullahı və başqa proksi qüvvələri maliyyələşdirmək və dəstəkləməklə regionun qeyri-sabitliyinə əhəmiyyətli dərəcədə töhfə veriblər. Eyni halda husilərə kömək etməklə beynəlxalq gəmiçilik və qlobal ticarəti təhlükə altında qoyublar”, - Miller bildirib.

Xəbər xətti


Digər xəbərlər