Putinlə Paşinyan görüşündən müsbət nəsə gözləmək çətindir

DÜNYA bölməsi

17:29 - 8 May 2024

 Putinlə Paşinyan görüşündən müsbət nəsə gözləmək çətindir

Məğlubiyyətçi siyasətinə, uğursuzluqlarına görə məsuliyyəti kiminsə, o cümlədən Rusiyanın üzərinə atmaq üçün hər şeyi edən Paşinyanın açıq-aşkar destruktiv mövqeyini nəzərə alsaq, bugünkü hadisələrin, o cümlədən Aİİ çərçivəsində görüşün nə dərəcədə uğurlu olacağını söyləmək çətindir.

Yenipress.az xəbər verir ki, bunu rusiyalı siyasi müşahidəçi Andrey Areşev deyib.

Onun sözlərinə görə, Paşinyanın bütün davranışı onu göstərir ki, o öz seçimini edib və Rusiyadan siyasi dönüş yolunu davam etdirmək niyyətindədir:

“Onun Moskvaya səfərinin, Ermənistanın Aİİ-yə sədrliyinin formal səbəbləri var, lakin İrəvanın siyasətini nəzərə alsaq, bu sədrliyin nə dərəcədə mənalı olacağı kifayət qədər mürəkkəb sualdır. Görüşün bütün informasiya fonu (Putin və Paşinyan - red.) müsbət gözləntilər doğurmur, o cümlədən Paşinyanın Paradda iştirak etməməsi bütün bunlar qiymətləndirmələrdə təmkinli olmağa işarə edir”.

Xəbər xətti