ABŞ genişmiqyaslı müharibəyə hazır deyil - Makqreqor

DÜNYA bölməsi

17:28 - 26 Aprel 2024

 ABŞ genişmiqyaslı müharibəyə hazır deyil - Makqreqor

ABŞ genişmiqyaslı müharibəyə hazır deyil, çünki ölkə xaricdəki münaqişələrdə öz resurslarını tükəndirib.

Yenipress.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor deyib.

“Xaricdə resurslarımızı tükəndiririk. Bunu bütün ordu bilir. Müdafiə Nazirliyi bunu bilir. İndiki mərhələdə bizim mübarizə aparacaq heç bir şeyimiz yoxdur. Müharibə başlasa, böyük bəlaya düçar olacağıq”, - o bildirib.

Xəbər xətti