Xankəndi hava limanı açılır?

SİYASƏT bölməsi

13:48 - 5 Yanvar 2023

 Xankəndi hava limanı açılır?

Qarabağdakı separatçıların saxta “dövlət naziri” Ruben Vardanyan növbəti dəfə ermənilərə müraciət edib.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu dəfə o, Qarabağ üçün hava dəhlizinin yaradılmasını təklif edib.

Vardanyana görə, Xankəndidə separatçıların hava limanı bütün növ ortaölçülü yükləri qəbul edə biləcək. Maraqlı məqam erməni milyarderin bunun üçün ABŞ və Avropadan kömək umaraq, Azərbaycana təzyiqlərin artırılması çağırışı etməsidir.

Qeyd edək ki, Xankəndi hava limanı bağlı saxlanılır. Azərbaycan bu aeroportun yalnız özünün yurisdiksiyası altında fəaliyyətinə izn verəcəyini bildirir. Digər tərəfdən isə Bakı hava limanına ediləcək istənilən enişin və ya buradan gerçəkləşdiriləcək istənilən uçuşu təhdid olaraq qəbul edəcəyini də vurğulayıb.

Xəbər xətti