Bakıda yaşayış binasında dəhşətli partlayış: ölən var - Video/Yeniləndi

TOPLUM bölməsi

15:39 - 2 Yanvar 2023

 Bakıda yaşayış binasında dəhşətli partlayış: ölən var - Video/Yeniləndi

15:54

Nəsimi rayonu, Zərifə Əliyeva adına Göz Klinikası ilə üzbəüz çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində güclü partlayış baş verib.

Yenipress.az xəbər verir ki, hadisə qaz sızması nəticəsində baş verib.

Hadisə nəticəsində bir nəfər ölüb. 

Hadisə zamanı yoldan keçən ortayaşlı bir kişi isə partlayış nəticəsində xəsarət alıb.

Belə ki, partlayış güclü olduğuna görə evdəki əşyalar 18-ci mərtəbədən yerə tökülüb. Partlayış zamanı yerə düşən soyuducu yoldan keçən bir şəxsin qarın hissəsinə girib. Ona ilkin tibbi yardım göstərilib.

Hazırda əraziyə xeyli polis əməkdaşları, yanğınsöndürən maşınlar cəlb olunub.

Xəbər xətti