Bakıda dəhşətli qəza: 5 nəfər öldü

TOPLUM bölməsi

18:14 - 1 Yanvar 2023

 Bakıda dəhşətli qəza: 5 nəfər öldü

15:24

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenipress.az Report-a istinadla məlumat verir ki, hadisə “Toyota Prius" və “Mersedes” markalı avtomobillərin iştirakı ilə qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər hadisə yerində ölüb.

TƏBİB-dən verilən məlumata görə, baş verən qəza nəticəsində 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində digər yaralının müalicəsinə davam edilir.

***

Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Onlardan 3-ü hadisə yerində, ikisi isə xəstəxanada keçinib.

Xəbər xətti