Qarabağda hansı işlər var və maaş nə qədərdir? - Siyahı

GÜNDƏM bölməsi

12:13 - 2 Fevral 2022

 Qarabağda hansı işlər var və maaş nə qədərdir? - Siyahı

Qarabağ üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaranlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.

Yenipress.az Baku.ws-ə istinadən xəbər verir ki, iş axtaran hər kəs e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.

Hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında Ağdam, Şuşa, Cəbrayıl, Füzuli və  Zəngilan rayonları üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir.

Qeyd edək ki, internetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər.

Xəbər xətti