Yevlaxda ermənilərin atdığı kasetli bomba partladı: ölən var

TOPLUM bölməsi

11:59 - 2 Fevral 2022

 Yevlaxda ermənilərin atdığı kasetli bomba partladı: ölən var

Yevlax rayonunda Vətən Müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub.

Yenipress.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə dərhal polis və prokurorluq orqanlarının əməkdaşları gələrək, meyitə baxış keçirib, məhkəmə tibb ekspertizası keçirilib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda cinayət işi başlanıb.

Xəbər xətti