Azərtac Cavanşir Feyziyevi müdafiə edən yazını sildi

GÜNDƏM bölməsi

22:46 - 1 Fevral 2022

 Azərtac Cavanşir Feyziyevi müdafiə edən yazını sildi

Ötən gün London məhkəməsində deputat Cavanşir Feyziyevin ailə üzvlərinin 2021-ci ilin noyabrında Böyük Britaniya banklarında dondurulan 15,3 milyon funt-sterlinq (34,2 milyon manat) məbləğində vəsaitin 5,63 milyonunu (12,8 milyon manat) müsadirə etməsi barədə qərar vermişdi.

Yenipress.az xəbər verir ki, dünyanın ən məşhur media orqanları – “Bloomberg”, “Guardian” və s. da daxil olmaqla, yüzdən çox nəşr Feyziyevlər ailəsinin 5,63 milyon funt-sterlinqinin müsadirə olunduğunu qeyd edərkən, Azərtac dövlət agentliyi "London məhkəməs ədaləti bərpa etdiyi" başlığı ilə Cavanşir Feyziyevin ailəsinə məxsus 10 milyon funt-sterlinqin geri qaytarıldığını yazmışdı. Həmçinin bildirilirdi ki, digər məbləğlə bağlı məsələ daha yuxarı instansiyaya şikayət ediləcək.

Bu gün isə bəlli olur ki, Azərtac sözügedən informasiyanı saytdan yığışdırıb və Cavanşir Feyziyevin ictimai müdafiəsindən imtina edib.

Azərtacda ötən gün yayımlanan yazının skrinini təqdim edirik:

Xəbər xətti