Sərkisyan: Paşinyan erməni lider kimi yox, Azərbaycan prezidenti kimi danışır

SİYASƏT bölməsi

10:43 - 1 Fevral 2022

 Sərkisyan: Paşinyan erməni lider kimi yox, Azərbaycan prezidenti kimi danışır

Heç bir şifahi razılaşma olmayıb. Şifahi danışıqlarda güzəştə getmək bizim üslubumuz deyil.

Yenipress.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Serj Sərkisyan yerli mediaya geniş müsahibəsində deyib.

Baş nazir Nikol Paşinyanın “Azərbaycana Qarabağla bağlı şifahi razılıq verilmişdi və 2018-2019-cu illərdə bu vəd yerinə yetirilməli idi” sözlərinə cavab olaraq S.Sərkisyan bildirib:

“Mən bu müsahibədən Qarabağ nizamlanması ilə bağlı çıxarışları oxuyanda şoka düşdüm. Çünki orda elə arqumentlər səslənirdi ki, mən onları 2008, 2009, 2010-cu illərdə Azərbaycan prezidentindən eşitmişdim. Mənə elə gəldi ki, Ermənistan lideri yox, Azərbaycan prezidenti danışır. Mənə çox ağır gəldi, çünki o (Paşinyan nəzərdə tutulur – red.), Qarabağın status ilə bağlı bizə yaxşı imkanlar verən arqumentlərdən daha istifadə edə bilməyəcək. Çünki sabah buna cəhd etsə, bu gün dedikləri ona xatırladılacaq”.

O, bir çoxlarının, o cümlədən Azərbaycanın Qarabağ probleminin həll edildiyi barədə fikirlərinə qarşı çıxıb:

“İndi məyus bir avtosfer var. Hazırkı hakimiyyətin və Azərbaycanın Qarabağ münaqişəsinin həll edildiyi barədə bəyanatları insanlara təsir edir. Mən gəlmişəm deyəm ki, Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacaq. Və dağıdıcı müharibəyə, kapitulyasiya etməyimizə baxmayaraq, bunun üçün imkanlar var”.

Xəbər xətti