London məhkəməsi deputat Feyziyevin 7,5 milyon dollarını müsadirə etdi

GÜNDƏM bölməsi

20:34 - 31 Yanvar 2022

 London məhkəməsi deputat Feyziyevin 7,5 milyon dollarını müsadirə etdi

Bu gün Londonun Westminster Magistrates Məhkəməsinin hakimi Azərbaycandan olan üç milyonçunun ölkəyə qanunsuz gətirdiyi “çirkli pul”un 5,64 milyon funt sterlinqini (7,5 milyon ABŞ dolları) Britaniyanın Milli Cinayət Agentliyinə müsadirə etmək tapşırığı verib.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu yazıb.

O bildirib ki, müsadirə olunan vəsait azərbaycanlı dərman maqnatı və deputat, Böyük Britaniya-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyeva, cütlüyün oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsusdur. 

Ailə üzvlərinin hamısı iddia edirdilər ki, onların sərvətləri Cavanşir Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib və o, “Regents Parkı”nın yanındakı “Cumberland Terrace”də ailəsinin bir neçə milyon funtluq sterlinq dəyərində olan malikanəsinin də pulunu ordan ödəyib.

Lakin Westminster Magistrates Məhkəməsinin rayon hakimi Con Zani üçlüyün dondurulmuş bank hesablarında saxlanılan 15,3 milyon funt sterlinqin £5,630,994.19 müsadirə olunmasına dair qərar çıxarıb. Müsadirə olunan pulun böyük hissəsi - 4,4 milyon funt-sterlinqi xanım Feyziyevaya məxsusdur. Cavanşir Feyziyevin oğlu Orxanın 1 milyon funt-sterlinqi, qardaşı oğlu Elmanın da 240.000 funt-sterlinqi müsadirə edilib.

Bu cinayət araşdırıması tam yekunlaşmadığına görə depozitdə qalan  vəsait bütüövlükdə dondurulub, malikanəyə də əl qoyulub. Baxmayaraq ki, Feyziyevlər ailəsi Londonda ən bahalı vəkillərə külli miqdarda pul xərcləyirdilər, amma heç nəyə nail ola bilmədilər”.

Xəbər xətti