Ərdoğan Çavuşoğlunu istefaya göndərir – Cümhuriyyət

DÜNYA bölməsi

13:50 - 31 Yanvar 2022

 Ərdoğan Çavuşoğlunu istefaya göndərir – Cümhuriyyət

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın daha 4 naziri dəyişəcəyi haqda iddialar yayılıb.

Yenipress.az xəbər verir ki, “Cümhuriyyət” qəzeti ədliyyə naziri Abdulhəmid Gülün istefasından sonra XİN rəhbəri Mövlud çavuşoğlu, mədəniyyət naziri mehmet Nuri ərsoy, səhiyyə naziri Fəxrəddin Qoca və kənd təsərrüfatı naziri Bəkir pakdəmirlinin də istefaya göndəriləcəyini iddia edib.

Məlumata görə, ən həssas dəyişiklik M.Çavuşoğlu ilə bağlıdır. Onun yerinə Prezidentin mətbuat katibi İbrahim Kalının gələcəyi iddiaları yayılıb.

Bildirilib ki, pakdəmirli türkiyədəki meşə yanğınlarına və yanğınsöndürən təyyarələrin sıradan çıxmasına görə vəzifədən uzaqlaşdırılıb.

Qəzet həmçinin Gülün daxili işlər naziri Süleyman Soylu ilə problem yaşadığını da yazıb.

Xəbər xətti