Şəhid anasının ayağını öpən dələduz görün kim imiş - Foto

TOPLUM bölməsi

10:04 - 22 İyun 2022

 Şəhid anasının ayağını öpən dələduz görün kim imiş - Foto

Külli miqdarda dələduzluqda təqsirləndirilərək, həbs olunan Səbuhi Rəcəbin fotosu gündəm olub.

Yenipress.az xəbər verir ki, fotonu jurnalist İlkin Muradov paylaşıb.

Fotoda S.Rəcəbin 2020-ci ildə deputatlığa namizəd olduğu ərəfədə şəhid anasının ayağını öpdüyü əks olunub.

“O vaxt bunu mətbuata ötürmüşdü. Yazdırmışdı ki, guya reklam olmasın deyə, adını çəkmir. İndi dələduzluğa görə tutulub”, - deyə o bildirib.

Qeyd edək ki, Səbuhi Rəcəb Azərbayca Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd kimi qeydiyyata alınıb.

Xəbər xətti