Abşeronda dayı bacısı oğlunu güllələdi

TOPLUM bölməsi

11:05 - 26 Yanvar 2022

 Abşeronda dayı bacısı oğlunu güllələdi

Beyləqan sakini bacısı oğlunu güllələyib.

Bu barədə Yenipress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsinə yanvarın 24-də Masazır qəsəbəsi ərazisində qəsəbə sakini K.Səfərlinin tüfəngdən açılmış atəş nəticəsində kürək nahiyəsindən xəsarət alması barədə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Xuliqanlıq zəminində tüfəngdən açdığı atəşlə K.Səfərliyə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, Beyləqan rayon sakini B.Mürsəlov saxlanılmışdır. Ondan hadisəni törədərkən istifadə etdiyi “İJ-43” markalı ov tüfəngi götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Xəbər xətti