Yaşadığı yerlə oxuduğu məktəbi fərqli rayonlarda yerləşən şagirdlərə - Mühüm xəbər

TOPLUM bölməsi

16:40 - 25 Yanvar 2022

 Yaşadığı yerlə oxuduğu məktəbi fərqli rayonlarda yerləşən şagirdlərə - Mühüm xəbər

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı şagird və abituriyentlərə müraciət edib.

Yenipress.az xəbər verir ki, DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə abituriyentləri imtahanların dəqiq tarixinə, qrafikinə fikir verməyə çağırıb:

“Bəzən şagirdlər, abituriyentlər bir rayonda yaşayır, başqa rayonda yerləşən məktəbdə oxuyur. Onlar məktəb hansı rayondadırsa, həmin rayonun günündə imtahan verəcəklər. Konkret yeri isə bir həftə əvvəl bildirəcəyik”.

Xəbər xətti