Ramin Bayramlıya yeni vəzifə verilib?

TOPLUM bölməsi

14:17 - 25 Yanvar 2022

 Ramin Bayramlıya yeni vəzifə verilib?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlını yeni vəzifəyə təyinat alıb.

Yenipress.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Ramin Bayramlı bundan sonra karyerasına Dövlət İmtahan Mərkəzində (DİM) davam etdirəcək. İddiaya görə, sabiq TƏBİB rəhbəri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin müşaviri təyin edilib.

DİM-in mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumatı nə təsdiq, nə də təkzib edib:

"Bu barədə məndə hər hansı məlumat yoxdur”.

Ramin Bayramlının atası Baba Bayramlı da oğlunun təyinatından xəbərsiz olduğunu deyib: "Mənim məlumat yoxdur, sizdən eşidirəm”.

Qeyd edək ki, 20 noyabr 1979-cu ildə Göyçə mahalının Toxluca kəndində anadan olan Ramin Bayramlı Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsində təhsil alıb. ATU-da müxtəlif vəzifələrdə çalışan Ramin Bayramlı 2 dekabr 2019-cu ildə TƏBİB-in İdarə Heyətinin sədri təyin olunub. 12 sentyabr 2021-ci ildə isə bu vəzifədən ayrılıb

Xəbər xətti