Sabiq deputat Nəriman Əliyevin şirkətlərinin siyahısı

TOPLUM bölməsi

13:36 - 25 Yanvar 2022

 Sabiq deputat Nəriman Əliyevin şirkətlərinin siyahısı

Köhnə MTN-nin, hazırki DTX-nin akademiyasının yaxınlığındakı 50 sot boş ərazini zəbt edərək oradakı ağacları qanunsuz kəsdirdiyinə görə şirkəti ilə bağlı cinayət işi qaldırılan keçmiş deputat Nəriman Əliyevin şirkətlərinin siyahısı yayılıb.

Yenipress.az araşdırmacı jurnalist Cavanşir Həsənlinin yaydığı həmin siyahını təqdim edir:

1. "AVROSET" Məhdud Məsuliyyətli Cəmiyyəti (oğlu İsmayıl Əliyevin adına rəsmiləşdirilib, MMC-nin paytaxtın bir neçə yerində servis mərkəzləri fəaliyyət göstərir);

2. "V.B.P." Məhdud Məsuliyyətli Cəmiyyəti (AVROSET MMC ilə eyni hüquqi ünvanda  - Bakı şəhəri Binəqədi rayonu keçid 1410 6 MKR, ev 15/2, m. 69-da qeydiyyatdan keçib);

3. VIP AUTO MMC (Bacısı oğlu ƏFQAN ABDULLAYEV ARİF oğlunun adına);

4. Magic Motors MMC hdud Məsuliyyətli Cəmiyyəti (Bacısı oğlu Əfqan Abdullayev Arif oğlunun adına);

5. Ştutqart MMC (Təsisçisi Nəriman Əliyev Əlibala oğlu);

6. Səda Motors MMC (qaynı Arif Abdullayev Məmməd oğlunun adına);

7. Rusiyada daha iki şirkət (qaynı Arif Abdullayev Məmməd oğlunun adına).

Xəbər xətti