Vaşinqton İrəvana milyonlarla pul ayıracaq

SİYASƏT bölməsi

10:17 - 12 Mart 2024

 Vaşinqton İrəvana milyonlarla pul ayıracaq

ABŞ administrasiyası 2025-ci maliyyə ilində Ermənistana 52 milyon dollar məbləğində yardım göstərməyi təklif edir.

Yenipress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Qeyd edək ki, 2025-ci maliyyə ilinin büdcəsində Ukraynanın dəstəklənməsi, Rusiyanın strateji uğursuzluğunun təmin edilməsi, Ermənistanın iqtisadi, demokratik dayanıqlığını və Qərblə əlaqələrini gücləndirmək üçün İrəvana maliyyə yardımı göstərilməsi nəzərdə tutulub.

Xəbər xətti