Paşinyana qarşı mitinq keçiriləcək

SİYASƏT bölməsi

14:16 - 11 Mart 2024

 Paşinyana qarşı mitinq keçiriləcək

Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçiriləcək.

Yenipress.az xəbər verir ki, bu qərarı Ermənistan “Birgə” alternativ ictimai-siyasi hərəkatının Koordinasiya Şurası verib.

Vurğulanıb ki, martın 13-də Azadlıq meydanında hakimiyyət dəyişikliyi tələbi ilə növbəti mitinqə başlayacaqlar.

Qeyd edək ki, hərəkata keçmiş baş nazir Qrant Baqratyan, “Demkus” partiyasının sədri Aram Sərkisyan və başqaları rəhbərlik edir.

Xəbər xətti