Azərbaycanda iş adamı özünü güllələdi - Bir milyon borcu varmış

KRİMİNAL bölməsi

10:46 - 9 Mart 2024

 Azərbaycanda iş adamı özünü güllələdi - Bir milyon borcu varmış

Saatlıda güllələnmə hadisəsi baş verib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev özünü yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.

Bildirilir ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti