Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı Yunanıstana işgüzar səfərə gedib.
Yenipress.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Paşinyanın Yunanıstan Prezidenti Katerina Sakellaropulu, Baş nazir Kiriakos Mitsotakis və parlamentin spikeri Konstantinos Tasulas ilə görüşü planlaşdırılır.