Xəyyam Nisanov yeni klipini təqdim etdi - Video

MAQAZİN bölməsi

12:00 - 15 Fevral 2024

 Xəyyam Nisanov yeni klipini təqdim etdi - Video

Əməkdar artist Xəyyam Nisanov yeni mahnısını və ona çəkilən klipi təqdim edib.

Yenipress.az xəbər verir ki, söz və musiqisi İsmayıl Əsədova məxsus olan mahnı "Qara gözlüm" adlanır. Bəstənin aranjimanını Samir Sultanov edib. Ekran işinin rejissorluğu Emin Muradova həvalə olunub.

Sənətçinin klipdə tərəf müqabili isə aktrisa Kəmalə Alıyeva olub. Belə ki, onlar bir-birinə aşiq iki sevgilini canlandırıblar.

Qeyd edək ki, mahnı bütün musiqi platformalarında, klip isə sənətçinin Yutub kanalında yayımlanıb

Xəbər xətti