Bakıda sevgililər günündə "BMV-x6" hədiyyə etdilər: Yollar sənindir, Rübabə - Video

MAQAZİN bölməsi

10:40 - 14 Fevral 2024

 Bakıda sevgililər günündə

Bakıda çəkilən görüntülər maraq doğurub.

Yenipress.az Milli.az-a istinadən xəbər verir ki, 28 May metrostansiyasının yaxınlığında lentə alınan görüntülərdə üzərində hədiyyə lenti olan "BMV x6" markalı avtomobil diqqət çəkib.

Avtomobilin sevgililər günü münasibəti ilə hədiyyə olunduğu ehtimal edilir. Avtomobilin üzərinə "yollar sənindir, Rübabə" sözləri yazılıb.

Məlumat üçün bildirək ki, 2023-cü ilin X6-sı 119 min dollara təklif olunur.

Qeyd edək ki, 14 fevral tarixi bir çox ölkələrdə Sevgililər günü olaraq qeyd olunur.

Xəbər xətti