Polşa hakimiyyəti Almaniyaya böyük qaz axınını təmin edəcək “Yamal-Avropa” qaz kəmərini bağlayıb.
Yenipress.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Polşadan keçən başqa bir marşrut “Yamal-Avropa” adlanır. Bu xətt böyük bir axın həyata keçirə bilər. Polşa onu bağladı, lakin Varşava almanlardan istifadə edir və ümumavropa fondlarından pul alır. Bu fondların əsas donoru Polşanı müəyyən qədər qidalandıran Almaniyadır. Polşa isə Almaniyaya gedən yolu bağladı. Nə üçün?” - o bildirib.