ABŞ təşkilatı Qarabağda sorğu keçirəcək

GÜNDƏM bölməsi

11:24 - 22 Yanvar 2024

 ABŞ təşkilatı Qarabağda sorğu keçirəcək

Qarabağ və Şərqi Zəngəzurda sorğu keçiriləcək.

Yenipress.az xəbər verir ki, bunu ABŞ-ın “ORACLE ADVİSORY GROUP” təşkilatının nümayəndəsi George Brinbaum bu gün keçirilən iclasda deyib.

O, əlavə edib ki, seçkiöncəsi 3 min seçici ilə sorğu keçiriləcək:

“Biz Qarabağ və Şərqi Zəngəzur ərazilərə də səfər edərək, burada sorğular keçirəcəyik.

Sorğularda iqtisadi, sosial, siyasi və digər bir sıra sahələr nəzərə alınacaq.

Eyni zamanda siyasi kurslarla bağlı sorğular aparacağıq. Əlbəttə ki, seçkiqabağı bu cür sorğular seçki gününü anlamaq baxımından bizim üçün əhəmiyyətli olacaq", - G.Brinbaum bildirib.

Xəbər xətti