Tanınmış futbolçu 1 avro maaş alacaq

İDMAN bölməsi

14:13 - 20 Yanvar 2024

 Tanınmış futbolçu 1 avro maaş alacaq

İvan Perişiçin "Hayduk"dakı maaşı məlum olub.

Yenipress.az Trend-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi icarə əsasında "Tottenhem"dən Xorvatiya klubuna keçib.

"İndex" yazıb ki, İvan Perişiçin maaşı ayda 1 avro olacaq. Maraqlıdır ki, “Hayduk”un digər məşhur futbolçusu Nikola Kaliniç də eyni məbləği alır.

Qeyd edək ki, İvan Perişiç sağ dizinin ön çarpaz bağından zədələndiyi üçün bu mövsüm oynamayacaq. Yayda yarımmüdafiəçi azad agent kimi "Tottenhem"dən ayrılacaq və "Hayduk"la 1 illik müqavilə imzalayacaq.

Xəbər xətti