Seysmoloqlardan dağıdıcı zəlzələ xəbərdarlığı

GÜNDƏM bölməsi

15:39 - 18 Yanvar 2024

 Seysmoloqlardan dağıdıcı zəlzələ xəbərdarlığı

Mütəxəssislər Rumıniyanın şərqindəki Vrança seysmik zonası ilə bağlı xəbərdarlıq edib.

Yenipress.az Sfera.az-a istinadən xəbər verir ki, sözügedən ərazidə toplandığı iddia edilən tektonik gərginlik seysmoloqlar arasında müzakirə obyekti olub.

Qeyd edilib ki, zəlzələ baş verərsə, bu, Ukrayna, o cümlədən Rusiyanın cənubu (Krım, Qafqaz), Türkiyə və ona bitişik ölkələrə təsir edəcək.

“Seysmoloqlar hələ ki, mümkün fəlakətin vaxtı ilə bağlı heç bir konkret məlumata malik deyillər. Mütəxəssislər dağıdıcı zəlzələnin iki-üç ay və ya iki ilə mümkün olduğunu deyirlər. Prinsipcə, Vrança zonasında güclü zəlzələlər baş verir və bu, xeyli uzaq məsafələrdə hiss olunur. Orada ən güclü zəlzələ 1976-cı ildə olub. Ondan əvvəl isə 1802 və 1940-cı illərdə superzəlzələlər baş verib”, - məlumatda bildirilib.

Xəbər xətti