Çin kovid haqda məlumatı 2 həftə gecikdirib

SAĞLIQ bölməsi

13:02 - 18 Yanvar 2024

 Çin kovid haqda məlumatı 2 həftə gecikdirib

Çinli tədqiqatçılar Pekinin rəsmi olaraq açıqlamasından iki həftə əvvəl, Kovid-19-a səbəb olan SARS-CoV-2 virusunun demək olar ki, tam strukturunu aşkar ediblər.

Yenipress.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin sənədlərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 2019-cu il dekabrın 28-də Çin alimləri SARS-CoV-2-nin strukturunun demək olar ki, tam ardıcıllığını Amerika məlumat bazasına yükləyiblər:

“Pekin bu ərəfədə Vuhandakı epidemiyanı “naməlum pnevmoniya” adlandırıb. Çin virusun strukturunu yalnız 11 yanvar 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı ilə paylaşıb. İki həftə beynəlxalq tibb ictimaiyyətinə yeni virusun necə yayıldığını müəyyənləşdirməkdə və mümkün peyvənd üzərində işə başlamaqda kritik rol oynaya bilərdi”.

Xəbər xətti