İran rejimi “talibançılara” qapı açdı, Ərəbistan cavab verdi

DÜNYA bölməsi

12:15 - 22 Fevral 2023

 İran rejimi “talibançılara” qapı açdı, Ərəbistan cavab verdi

İran hakimiyyəti radikal Taliban hərəkatına münasibətdə siyasətinə yenidən baxır. Buna sübut kimi Əfqanıstanın Tehrandakı səfirliyinin binasının Kabil hökumətinin ixtiyarına verilməsi haqqında yayılan xəbərlər göstərilir. İran diplomatları yaraqlıların üzünə qapıları açmağa hazır olduqları barədə fərziyyələri dağıtmağa çalışsalar da, müstəqil ekspertlər iki tərəf arasında kommunikasiya kanallarının genişləndiyini qeyd edirlər.

Yenipress.az xəbər verir ki, dünya mediası məxfi mənbələrə istinadən İranın yaxın günlərdə səfirlik binasını rəsmi olaraq Talibana təhvil verməyə hazırlaşdığını bildirir.

Qeyd olunur ki, artıq rəsmi Tehran Talibanın missiyanın fəaliyyəti ilə bağlı kompromis tapa bilib. Bir müddət əvvəl “İslam Əmirliyi”nin səlahiyyətliləri bu vəzifəyə səfir Fəzl Məhəmməd Həqqaninin namizədliyini irəli sürməyə çalışsa da, görünür, onun fiquru ətrafında bəzi fikir ayrılıqları yaranıb. İran onu diplomatik missiyanın rəhbəri kimi qəbul etməkdən imtina edib. İndi isə Tehran Əfqanıstanda yaşayan şiə azlığın taleyindən "narahat olmasına" baxmayaraq, Talibanın təklifinə “hə” cavabı verib.

İran rəsmi şəkildə xəbərləri təsdiq etmir. Ölkənin diplomatik departamentin nümayəndəsi Kənani Əfqanıstan səfirliyində “daxili dəyişikliklərin” baş verdiyini etiraf edib, lakin bunu onun nümayəndələrindən birinin missiyasının başa çatması və işlərin digərinə ötürülməsi ilə əlaqələndirib.

"Foreign Policy"nin məlumatına əsasən, son vaxtlar Tehran və Kabilin yaxınlaşmağa doğru getməsi tezisi geniş yayılıb. Hətta Taliban və Tehranın qarşılıqlı əlaqələrini daha çox “talibançı” qəbul etməyə başlayıb. Qərar qəbuletmə mexanizmi əlində cəmləşən hərəkatın ali lideri Heybətullah Axundzadə Talibanın ilk hakimiyyəti dövründə (1996-2001 - red.) böyük nüfuza malik olan qruplaşmanın nümayəndələrini özünə yaxınlaşdırıb. Çünki "köhnə qvardiya” daha çox iranpərəst olub.

Böyük ehtimal, məhz bu səbəbdən Səudiyyə Ərəbistanı diplomatlarını Əfqanıstandan çıxarmaq barədə qərar qəbul edib. Krallıq nümayəndələrinin ölkəni tərk etməsi Tehrana sadiq Taliban fraksiyasının “uğurlu hiyləsi”nin nəticəsi hesab oluna bilər.

Məlum olduğu kimi, İran və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmaq üçün bir sıra danışıqlara baxmayaraq, hələ də qarşıdurma şəraitindədir. Tehran regiondakı qonşusunu etirazları dəstəkləməkdə və daxili işlərə qarışmaqda ittiham edir. Səudiyyə isə ötən il hətta iranlıların hərbi planlarına görə həyəcan təbili çalmışdı. İki qonşu arasında demarkasiya ilə bağlı tarixi problemlərə görə, həll olunmamış mübahisələr mövcuddur. 2021-ci ildə Taliban hakimiyyətə gəldikdən sonra vəziyyət bir qədər də çətinləşdi.

Yenipress.az

Xəbər xətti